Kim olursan ol
Hər kim olursan ol! Həyata ancaq
Düz bax! Müqəddəsdir yolu düzlüyün.
Çox aydın seçilir üzü, astarı
Hər cür əyriliyin, ikiüzlüyün.

Həyatın belə bir həqiqətini
Unutma, çirkabı saxlamır dəniz.
Hər pisin, yaxşının aqibətini
Görmüşük, görürük, görəcəyik biz.
............
|